Yuxarı

Bakıda daha iki yol bağlanacaq

Azəryolservis bu gecə həmin yollarda nişanlanma xətlərinin rənglənməsi işləri aparacaq

Bakı. 26 may. REPORT.AZ/ Bu gün saat 22:00-dan səhər saatlarınadək Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən Binəqədi rayonu Cəfər Xəndan və Şövkət Məmmədov küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə "Report"a "Azəryolservis"in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. 

“Azəryolservis” sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi