Yuxarı

I Avropa Oyunlarının VİP qonaqları üçün xüsusi avtomobillər ayrılacaq

Hazırda 430 sayda belə avtomobil var

Bakı. 29 may. REPORT.AZ/ İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları zamanı ölkəyə gələcək VİP qonaqlar üçün xüsusi nəqliyyat vasitələri təşkil olunacaq. Ümumilikdə beynəlxalq oyunlarla bağlı bütün müştəri qrupları - media, atletlər, texniki heyət, fəxri qonaqlar və digərlərinin hər biri üçün fərqli xidmətlər nəzərdə tutulub.

Bunu "Report"a açıqlamasında I Avropa Oyunları Əməliyyat Komitəsinin nəqliyyat və kommunikasiya məsələləri üzrə meneceri Afaq Süleymanlı bildirib.

"VİP qonaqları biz Avropa ailəsi adlandırırıq. Onlara ağ rəngli TX4 markalı taksilər (London taksiləri) xidmət göstərəcək. Hazırda Bakıda 430 sayda belə avtomobil var", - A.Süleymanlı əlavə edib.

Qeyd edək ki, "Alov qüllələri" hotelində qalacaq qonaqlar üçün funikulyordan istifadə edilməsi nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi