Bakı. 21 may. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla əlaqədar dövlət sərhədlərindən artıq 1 000-dən çox yük daşınması qeydə alınıb.
"Report"un məlumatına görə, bunu Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Məkanların idarəetmə Departamentinin direktoru Neyl Karney bu gün Bakıda keçirilən "Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAIEX" seminarında çıxışı zamanı bildirib: "Oyunlar zamanı əlavə 1 000-1 500 yük daşınmasının da qeydə alınacağı gözlənilir".
O qeyd edib ki, böyük beynəlxalq tədbirlər zamanı yüklərin və insanların ölkəyə asan şəkildə daxil olması mühüm əhəmiyyət kəsb edir. N.Karney vurğulayıb ki, I Avropa Oyunları ilə bağlı da bu yüklərin həcmi olduqca böyükdür: "Burada 6 minə yaxın idmançı, o cümlədən çoxlu sayda mətbuat nümayəndələrinin və yayımçıların gəlməsi nəzrədə tutulur. Bu, özlüyündə ölkəyə gətiriləcək yüklərin nə qədər böyük həcmdə olacağını göstərir. Bu yüklər Azərbaycana standart qaydalarla daxil olacaq. Burada Gömrük Komitəsinin də üzərinə böyük işlər düşür".
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard da bu seminarın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, seminarın keçirilməsi yük və sərnişinlərin axını ilə bağlı faydalı təcrübə mübadiləsi aparmağa imkan verəcək. O bildirib ki, bu cür təcrübə mübadiləsi yalnız bu gün üçün deyil, gələcək üçün də səmərəli ola bilər. Aİ nümayəndəliyinin rəhbəri I Avropa Oyunlarının uğurla keçəcəyinə ümid etdiyini bildirib və bu təcrübə mübadiləsinin faydalı nəticələr verəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Avropa Komissiyasının təşkil etdiyi seminar Azərbaycan