Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib

Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub
İnfrastruktur
16 İyun , 2017 12:01
Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib
Azəravtoyol.gov.az

Bakı. 16 iyun. REPORT.AZ/ Bakı şəhəri Yasamal rayonunun Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib. 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metrdir.

"Report"un "Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, keçidin 21,9 metr uzunluğunda olan pilləkan hissələri və 35,2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3,2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub.

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Son xəbərlər

Orphus sistemi