Balaxanı yolu təmir edilir - FOTO/VİDEO

Balaxanı yolu təmir edilir - FOTO/VİDEO Yolun hərəkət hissəsində asfaltlanma işləri görülür
İnfrastruktur
23 İyun , 2015 15:36
Balaxanı yolu təmir edilir - FOTO/VİDEO

Bakı. 23 iyun. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC Balaxanı yolunda orta təmir işləri aparır. "Report" xəbər verir ki, təmir işləri zamanı mövcud olan yolun deformasiyaya uğramış hərəkət hissəsinin köhnə asfalt-beton örtüyünün aşınma qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanan yolun hərəkət hissəsində asfaltlanma işləri görülür.

Sözügedən yolun orta təmir işləri təqribən 6 km-lik ərazidə aparılır. Ümumilikdə, 45 min kv. metr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. 

"Balaxanı yolunda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri sutkanın qaranlıq saatlarında aparılır. Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub", - “Azəryolservis”dən bildirilib.

Son xəbərlər

Orphus sistemi