Hökməli dairəsi-Müşviqabad qəsəbəsi yolu boyunca piyada səkiləri tikilir

Hökməli dairəsi-Müşviqabad qəsəbəsi yolu boyunca piyada səkiləri tikilir Yolboyu hər iki istiqamətdə salınan səkilərin eni 1,5 metrdir
İnfrastruktur
29 Dekabr , 2015 15:38
Hökməli dairəsi-Müşviqabad qəsəbəsi yolu boyunca piyada səkiləri tikilir

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Hökməli dairəsindən Müşviqabad qəsəbəsinə qədər olan hissəsində piyada səkiləri tikilir. 

Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, piyada səkilərinin tikintisi sözügedən ərazinin yaşayış məntəqələrindən keçən hissəsində aparılır. Yolboyu hər iki istiqamətdə salınan səkilərin eni 1,5 metrdir. Səkilərin kənarlarına səki daşları düzülür, üstü isə asfaltlanır.

Avtomobil yolundan səth sularının kənarlaşdırılması üçün tikintinin aparıldığı ərazilərdə drenaj sistemi qurulur. Bundan başqa, mövcud olan avtobus dayanacaqlarının ərazilərində sərnişin avtobuslarının rahat giriş-çıxışını təmin etmək və ümumi hərəkətə mane olmamaq məqsədilə xüsusi “cib”lər yaradılır. “Cib”lərin uzunluğu 30 metr, eni isə 3 metrdir.

"Bakıdan Şamaxı istiqamətində, Hökməli dairəsinə çatmamış yolun sağında olan süni yaşıllıq təpəciyinin sökülməsi işləri aparılır. Bununla da yolun hərəkət hissəsi xeyli genişlənəcək. Nəticədə nəqliyyat vasitələri daha rahat və maneəsiz şəkildə dairəyə daxil olaraq hərəkətlərinə davam edə biləcəklər", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi