Hindistan "Şimal-Cənub" nəqliyyat dəhlizi dəstəkləyir - EKSKLÜZİV

Hindistan "Şimal-Cənub" nəqliyyat dəhlizi dəstəkləyir - EKSKLÜZİV “Hindistan Şimal-Cənub nəqliyyat dəhlizi dəstəkləyir”.
İnfrastruktur
4 İyul , 2019 15:59
Hindistan Şimal-Cənub nəqliyyat dəhlizi dəstəkləyir - EKSKLÜZİV

“Hindistan "Şimal-Cənub" nəqliyyat dəhlizi dəstəkləyir”.

Bunu “Report”a Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib.

O qeyd edib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin hələ tamamlanmamış hissəsi qalıb: “Ümid edirəm ki, bu dəhliz tamamlandıqdan sonra Azərbaycan Hindistan arasında iqtisadi əlaqələri təşviq edəcək. Hesab edirəm ki, dəhliz nəinki iki ölkə arasında, ümumiyyətlə, regionda iqtisadi əlaqələri təşviq edəcək”.

Qeyd edək ki, "Şimal-Cənub" layihəsi Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də imzalanmış hökumətlərarası saziş əsasında həyata keçirilir. Azərbaycan sazişə 2005-ci ildə qoşulub. Saziş, ümumilikdə, Azərbaycan, Belarus, Bolqarıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna tərəfindən ratifikasiya edilib. Nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub. O, İran, Azərbaycan və Rusiyanın dəmir yollarının birləşdirilməsi üçün vasitə olacaq.

Birinci mərhələdə "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə ildə 5 milyon ton, daha sonra isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

Hindistan Avropaya ixrac etdiyi yükləri Mumbai limanından İranın Bəndər-Abbas limanına göndərəcək. Bunun üçün də Rəşt-Qəzvin həmin körfəzlə bağlanmalıdır. Hazırda dəmiryolu Rəştə qədərdir.

Son xəbərlər

Orphus sistemi