Bakı. 10 mart. REPORT.AZ/ “Həzi Aslanov” metro stansiyasının ikinci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib. “Report” “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib.
Martın 11-dən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq. Eskalatorun aprelin 7-də sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. Digər eskalator isə işlək olacaq.
“Bakı Metropoliteni” narahatlığa görə sərnişinlərdən üzr istəyir.