Yuxarı
    Bağlamaq

    Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

    Prospektin 1 zolağında hərəkət dayandırılıb

    Bakı. 21 oktyabr.REPORT.AZ/ Bakının Heydər Əliyev prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsinin yaxınlığında (Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasının qarşısında) yolun 1 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 

    Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. 

    Məlumata görə, yolun bağlanması ərazidə aparılan təmir işləri ilə əlaqədardır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi