Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Məhdudlaşdırma bu gün saat 17:00-dək həyata keçiriləcək
İnfrastruktur
7 May , 2015 13:49
Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı. 7 may. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətləri, piyada keçidləri və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri həyata keçirilir.

“Report” “Azəryolservis”ə istinadən xəbər verir ki, bu gün saat 17:00-dək Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Suraxanı yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. 

Son xəbərlər

Orphus sistemi