Yuxarı
    Bağlamaq

    ​Heydər Əliyev prospektində ikinci yan yol bağlanır

    Ərazidə təmir-tikinti işləri aparılır

    Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün saat 23:00-dan etibarən Bakı şəhərinin Heydər Əliyev prospektində, Hidrometeoroloji Proqnozlar Bürosunun yerləşdiyi binanın qarşısından “Koroğlu” metro stansiyasına qədər olan yan yol aparılacaq təmir-tikinti işləri ilə bağlı tam olaraq bağlanacaq və burada nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

    Sürücülərə burada işlər başa çatanadək Heydər Əliyev prospektində əsas yoldan istifadə etmələri xahiş edilir. Qeyd edilən ərazidə “Azəryolservis” tərəfindən kompleks tədbirlər həyata keçiriləcək. Belə ki, yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənəcək, səki daşları dəyişdiriləcək, səkilərə tamet daşları döşənəcək, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulacaq, yeni yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdiriləcək, yolun kənarında yaşıllıq zonası salınacaq. 

    Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Yaşıllıq zonalarında bu sistem də qurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi