​Heydər Əliyev prospektində əsas yoldan köməkçi yola keçmək üçün yeni hissə salınıb

​Heydər Əliyev prospektində əsas yoldan köməkçi yola keçmək üçün yeni hissə salınıb Yeni hissə Nizami rayonu 8-ci km qəsəbəsinə hərəkət etməyə imkan verəcək
İnfrastruktur
29 Mart , 2015 18:15
​Heydər Əliyev prospektində əsas yoldan köməkçi yola keçmək üçün yeni hissə salınıb

Bakı. 29 mart. REPORT.AZ/ Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yoldan köməkçi yola keçmək üçün nəqliyyat vasitələrinə şərait yaradılıb. 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən "Report"a daxil olan məlumata görə, həmin hissədə ayrıcı zolaq təxminən 60 m məsafədə götürülərək yeni bir hissə salınıb.

Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib. Artıq Heydər Əliyev prospektinin əsas yolundan hərəkət edən nəqliyyat vasitələri yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi