Yuxarı
    Bağlamaq

    ​Heydər Əliyev prospektində əsas yoldan köməkçi yola keçmək üçün xüsusi yer düzəldilib

    Sabahdan etibarən həmin ərazidə hərəkət istiqamətini göstərən nişanlar quraşdırılacaq

    Bakı. 9 mart. REPORT.AZ/ Bakı şəhərinin Xətai prospektindən "Ramstore" qovşağı vasitəsilə Heydər Əliyev prospektinin əsas yoluna, eyni zamanda Yusif Səfərov küçəsindən və Babək prospektindən H.Əliyev prospektinin köməkçi hissəsinə daxil olan nəqliyyat vasitələri manevr edən zaman həmin ərazidə görüntü imkanları məhdud olduğu üçün böyük çətinliklərlə qarşılaşırdı.

    “Report” “Azəryolservis” ASC-yə istinadən məlumat verib ki, görüntünün daha aydın olduğu ərazidə təxminən 250 metr qarşıda 25 metr məsafədə ayırıcı zolaq götürülərək əsas yoldan köməkçi yola maneəsiz keçmək üçün xüsusi yer hazırlanıb. Sabahdan etibarən həmin ərazidə hərəkət istiqamətini göstərən nişanlar quraşdırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi