Heydər Əliyev prospektində 6 yerüstü piyada keçidinin üzlükləri yenilənib

Heydər Əliyev prospektində 6 yerüstü piyada keçidinin üzlükləri yenilənib Yerüstü piyada keçidlərinin yenilənməsi istiqamətində aparılan işlərin 90%-i görülüb
İnfrastruktur
25 Avqust , 2015 11:54
Heydər Əliyev prospektində 6 yerüstü piyada keçidinin üzlükləri yenilənib

Bakı. 25 avqust. REPORT.AZ/ Bakı şəhərinin Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından hava limanı qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri aparılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmin yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlükləri sökülərək yeniləri ilə əvəzlənib. 

Yerüstü piyada keçidlərinin yenilənməsi istiqamətində aparılan işlərin 90%-i görülüb. Hazırda keçidlərdə pəncərələrin qoyulması işləri aparılır. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənir.

İşlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi