​Heydər Əliyev prospekti tezliklə yeni görkəm alacaq

​Heydər Əliyev prospekti tezliklə yeni görkəm alacaq Ərazidə təmir işləri aparılır
İnfrastruktur
6 Aprel , 2015 14:06
​Heydər Əliyev prospekti tezliklə yeni görkəm alacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı şəhəri Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində aparılan təmir işləri sürətlə davam etdirilir. Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi və s. işlər aparılır.

Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Tezliklə, görülən işlər nəticəsində prospekt yeni görkəm alacaq.

Son xəbərlər

Orphus sistemi