Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında sürət həddi endirilib

Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında sürət həddi endirilib Bakı. 12 noyabr. REPORT.AZ/ Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
İnfrastruktur
12 Noyabr , 2018 09:44
Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında sürət həddi endirilib
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi