Heydər Əliyev Beynəlxalq Hava Limanına çəkiləcək dəmiryolu xəttinin layihəsi hazırlanır

Heydər Əliyev Beynəlxalq Hava Limanına çəkiləcək dəmiryolu xəttinin layihəsi hazırlanır Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib
İnfrastruktur
26 Sentyabr , 2016 15:55
Heydər Əliyev Beynəlxalq Hava Limanına çəkiləcək dəmiryolu xəttinin layihəsi hazırlanır

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Bakı Dəmir Yolu Vağzalından Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xəttinin çəkilməsi layihəsi üzərində iş gedir". 

Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Bu layihənin işlənib-hazırlanması ilə bağlı tapşırıq verilib. Hazırda layihə üzərində iş gedir", - deyə o, əlavə edib.

Xatırladaq ki, Bakı Dəmiryolu Vağzalı ilə aeroportu birləşdirəcək dəmir yolu xəttinin uzunluğunun 25 km olması nəzərdə tutulub. İlkin plana əsasən, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində hava limanına qədər hərəkət edəcək. 

Son xəbərlər

Orphus sistemi