Heydər Əliyev Aeroportundan şəhərin mərkəzinə avtobuslar fəaliyyətə başlayıb

Heydər Əliyev Aeroportundan şəhərin mərkəzinə avtobuslar fəaliyyətə başlayıb Ekspress avtobuslar səhər saat 06:00-dan gecə saat 00:00-dək fəaliyyət göstərəcək
İnfrastruktur
13 Avqust , 2015 19:51
Heydər Əliyev Aeroportundan şəhərin mərkəzinə avtobuslar fəaliyyətə başlayıb

Bakı. 13 avqust. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin mərkəziinə "Bakubus MMC"nin yüksək komfortlu avtobusları ekspress xətt üzrə fəaliyyətə başlayıb.

AZAL-dan “Report”a verilən məlumata görə, ekspress avtobuslar səhər saat 06:00-dan gecə saat 00:00-dək Hava limanı - "28 May" metro stansiyası və əks istiqamətdə "Koroğlu" metro stansiyası yaxınlığındakı dayanacaqda 1 dəqiqə dayanma fasiləsi ilə 30 dəqiqə intervalla xidmət göstərir.

Qeyd edək ki, sərnişinlər “Bakubus”ın ekspress avtobuslarından istifadə etmək üçün hava limanının 1-ci və 2-ci terminallarının çıxışındakı dayanacaqlara yaxınlaşa bilərlər.

Son xəbərlər

Orphus sistemi