Həsən Əliyev küçəsi bağlanır

Həsən Əliyev küçəsi bağlanır Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur
İnfrastruktur
22 Aprel , 2015 14:01
Həsən Əliyev küçəsi bağlanır

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün saat 22:00-dan etibarən küçənin nişanlanma işləri başa çatanadək Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospekti ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Azəryolservis”dən "Report"a verilən məlumata görə, məhdudlaşdırılma bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədardır.

Buna görə, qurum tərəfindən sürücülərə göstərilən müddət ərzində alternativ yollardan istifadə etməsi tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi