Yuxarı

​Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib

Nəticələr qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsindən Abşeron rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirinin nəticələri barədə hesabat və rəy müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Report" Hesablama Palatasınn saytına istinadən xəbər verir ki, müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumuna göndərilməsi, eyni zamanda, audit tədbirinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada təsdiq olunan nəzarət tədbirləri sırasında dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan “Azərenerji” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair, dövlət büdcəsindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair və dövlət büdcəsindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair proqramlar yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi