​Moskva-Qəbələ reysi təxirə salınıb

​Moskva-Qəbələ reysi təxirə salınıb Hazırda reys haqqında məlumat yoxdur
İnfrastruktur
10 Mart , 2015 08:20
​Moskva-Qəbələ reysi təxirə salınıb

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Moskvadan Qəbələ istiqamətində uçmalı olan təyyarə reysi təxirə salınıb.

"Report" Moskvanın "Domodedovo" Beynəlxalq Hava Limanının eniş-uçuş tablosuna istinadən xəbər verir ki, "7K 701" saylı reys Bakı vaxtı ilə saat 07:20-də həyata keçirilməli idi.

Hazırda uçuş tablosunda reys haqqıda məlumat göstərilmir.

Uçuş "Airbus А320" tipli təyyarə ilə "Metrojet" aviaşirkəti tərəfindən həyata keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi