Niyazi Səfərov: "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir"

Niyazi Səfərov: "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir" Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir.
İnfrastruktur
9 Dekabr , 2019 19:13
Niyazi Səfərov: Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir
İiqtisadiyyat nazirinin müavini Niyazi Səfərov / Report/ Firi Salim

Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində 10 rezident qeydiyyata alınıb və 2 rezident artıq işləyir: "2020-ci ilin mart, aprel, may aylarında bir sıra rezidentlər fəaliyyətə başlayacaq, o cümlədən "Azərmaş" ASC Qazel markalı avtomobillərini buraxılışına başlayacaq. İqtisadiyyat Nazirliyi Prezident İlham Əliyevə Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi ilə bağlı müraciət edib. İqtisadiyyat Nazirliyinə artıq yeni rezidentlərdən müraciətlər daxil olur".

Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsi 2017-ci ildə yaradılıb. Məhəllənin ümumi ərazisi 20 hektar, əsas layihə istiqamətləri ağır maşınqayırma, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, avtomobil, kompozit materialları, müxtəlif təyinatlı gübrələr, müxtəlif plastik qablar, balıq yemi, polipropilen kisə istehsalı, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalıdır. Məhəllədə olan layihələrin ümumi dəyəri 60,95 milyon manatdır. 

Son xəbərlər

Orphus sistemi