Yuxarı
    Bağlamaq

    Hacıqabul rayonunda körpü təmir edilir

    2002-ci ildə inşa edilən 4 aşırımlı körpünün uzunluğu 78 metr, eni isə 33,4 metrdir

    Bakı. 11 avqust. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 116-cı kilometrliyində yerləşən körpüdə təmir işləri həyata keçirir.

    “Azəryolservis”dən “Report”a bildirilib ki, təmir işləri körpünün giriş və çıxışında, həmçinin qovşaqlarda aparılır. Körpüdə yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Hazırda frezlənmiş ərazilərdə asfaltlama işləri aparılır. Ümumilikdə, 10 min kv. metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

    Təmir işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün sözügedən yola lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

    Qeyd edək ki, 2002-ci ildə inşa edilən 4 aşırımlı körpünün uzunluğu 78 metr, eni isə 33,4 metrdir. Körpünün hərəkət hissəsinin eni 26,4 metr, hündürlüyü isə 6,5 metrdir. Təmir işlərinin aparıldığı bir hərəkət zolağı üzrə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq digər zolağa yönləndirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi