Gürcüstanın naziri: "Bakı-Tbilisi-Qars layihəsi turizm potensialının inkişafına xidmət edir"

Gürcüstanın naziri: "Bakı-Tbilisi-Qars layihəsi turizm potensialının inkişafına xidmət edir" BTQ dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşü öz işinə başlayıb
İnfrastruktur
12 Fevral , 2016 12:32
Gürcüstanın naziri: Bakı-Tbilisi-Qars layihəsi turizm potensialının inkişafına xidmət edir

Tbilisi. 12 fevral. REPORT.AZ/ Tbilisidə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşü bugün öz işinə başlayıb.

"Report" xəbər verir ki, tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək yolu layihələri, eləcə də regionda həyata keçirilən digər irimiqyaslı layihələr barədə danışıb. O qeyd edib ki, bu layihələr Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələrin daha möhkəmlənməsinə, eləcə də ölkələrin turizm potensialının inkişafına, iqtisadi-ticarət dövriyyəsinin genişlənməsinə xidmət edir.

Görüşdə Azərbaycanı nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Görüşdə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu sahədə mövcud olan problemlər və onların həlli yolları, yolun tikintisinin tezliklə başa çatdırılmasını və bu sahədə mövcud problemlərin həllini, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşınmalarını, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Görüşün nəticələrinə dair yekun protokolu imzalanacaq.

Son xəbərlər

Orphus sistemi