Yuxarı

Gürcüstanın Baş naziri: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu böyük imkanlar yaradacaq”

​Gürcüstanın baş naziri: “Orta dəhliz” layihəsi dünya iqtisadiyyatında

“Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”- red.) layihəsi dünya iqtisadiyyatında böyük imkanlar yaradacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze Nur-Sultan şəhərində keçirilən iqtisadi forumda çıxışında bildirib.

Onun sözlərinə görə, Gürcüstan “Bir yol, bir kəmər” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və tarixi İpək yolunun bərpası təşəbbüsünün ayrılmaz hissəsidir.

M.Baxtadze qeyd edib ki, Gürcüstanın regionun çoxprofilli mərkəzinə çevrilməsi ilə bağlı iddiaları var: “Biz biznes, kapital qoyuluşu, maliyyə, innovasiyalar, turizm, ticarət və logistika mərkəzi olmalıyıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi