Gürcüstanda enerji layihələrinin mühafizəsi üzrə hərbi təlimlər başlayıb

Gürcüstanda enerji layihələrinin mühafizəsi üzrə hərbi təlimlər başlayıb Təlimlərdə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər
İnfrastruktur
25 Sentyabr , 2017 14:10
Gürcüstanda enerji layihələrinin mühafizəsi üzrə hərbi təlimlər başlayıb

Tbilisi. 25 sentyabr. REPORT.AZ/ Tbilisidəki Krtsanisi təlim mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə hərbi təlimlər başlayıb.

"Report"un Gurcüstan bürosu xəbər verir ki, "Eternite" təliminin məqsədi enerji layihələrinin, irimiqyaslı infrastruktur layihələrinin mühafizəsinin, təhlükəsizliyinin təşkilidir. Bir həftə davam edəcək təlimlərdə hər üç ölkənin hərbçiləri layihələrin mühafizəsi və təhlükəsizlik tədbirlərinin təşkili ilə bağlı fikir mubadiləsi aparacaq, bu sahədə qabaqcil təcrubəni öyrənəcəklər.

Tədbirin açılışında Gürcüstan, Azərbaycan və Türkiyə SQ-nin nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov, müavini, mayor Elcan İmamverdiyev iştirak ediblər

Son xəbərlər

Orphus sistemi