Yuxarı

​Günorta paytaxtın bir sıra prospekt və küçələrində nəqliyyatda sıxlıq yaşanıb

Səhər buz bağlayan yollarda vəziyyət yaxşılaşıb

Bakı. 23 fevral. REPORT.AZ/ Səhər buz bağlayan yollarda artıq vəziyyət sabitləşib, buna görə də hər kəs şəxsi avtomobilindən istifadə etməyə başlayıb. 

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata görə, günorta saatlarında avtomobil çoxluğu səbəbindən paytaxıdn bir sıra küçə və prospektlərində nəqliyyatda sıxlıq yaranıb.

Bakı-Sumqayıt şossesi (şəhər istiqamətində), Binəqədi şossesi (şəhər istiqaməti), Cəfər Cabbarlı küçəsi, Rəşid Behbudov küçəsi (Türkiyə səfirliyinin yanı), Koroğlu Rəhimov küçəsi (prezident iqamətgahı istiqaməti), Şah İsmayıl Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı), Azadlıq prospekti (“28 May” metro stansiyasına düşən yol), Azadlıq prospektinin Cəfər Xəndan küçəsi ilə kəsişməsində nəqliyyatın hərəkətində maneələr yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi