Yuxarı

GUAM ölkələri arasında gömrük yoxlanışı nəticələrinin qarşılıqlı tanınmasına dair protokolun imzalanması ləngiyir

Bu protokolla bağlı müzakirələr gömrük xidməti rəhbərlərinin görüşündə müzakirə ediləcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələri arasında gömrük yoxlanışının nəticələrinin qarşılıqlı qaydada tanınması ilə bağlı hazırlanan protokol layihəsinin imzalanma tarixi dəqiq məlum deyil. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, qeyd edilən protokolla bağlı müzakirələr gömrük xidməti rəhbərlərinin görüşündə müzakirə ediləcək: "Sənədin qəbul edilməsi GUAM ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə bəlli olacaq. Görüşün vaxtı isə hələ dəqiq bilinmir. Adətən, belə görüşlər ildə bir dəfə keçirilir, lakin, əgər problemlər yaranırsa, ildə iki dəfə də görüş keçirilə bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi