Göyçay körpüsü yaxın günlərdə istifadəyə veriləcək

Göyçay körpüsü yaxın günlərdə istifadəyə veriləcək Bakı. 21 iyun. REPORT.AZ/ Göyçay körpüsünün yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Körpüdə əsas işlər yekunlaşdırılır.
İnfrastruktur
21 İyun , 2018 16:51
Göyçay körpüsü yaxın günlərdə istifadəyə veriləcək

Bakı. 21 iyun. REPORT.AZ/ "Göyçay körpüsünün yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Körpüdə əsas işlər yekunlaşdırılır".

Bunu "Report"a açıqlamasında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

"Hazırda körpüdə son tamamlanma işləri aparılır. Belə ki, asfaltlama işləri yekunlaşıb. Körpünün yanaşma yolunun divarlarında və körpünün altında bərkitmə işləri aparılır. Əsas hissədə yekunlaşma sabah olacaq", - deyə o qeyd edib. 

Xatırladaq ki, iyunun 2-də rayonda leysan yağışından sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin dəfələrlə artmasına səbəb olub. Həmçinin Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ciddi ziyan vurub və çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq tamamilə yararsız hala düşüb.

Son xəbərlər

Orphus sistemi