Bakı. 7 avqust. REPORT.AZ/ Hacıqabul-Kürdəmir avtomobil yoluna iki zolaq əlavə edilməklə I texniki dərəcəli təkmilləşdirilmə layihəsi çərçivəsində son tamamlanma işləri həyata keçirilir. Bakı-Qazax-Gürcüstan sərhədi yolunun tərkib hissəsi olan layihə mövcud 120-ci km-dən başlayıb 200-cü km-də başa çatır.
Artıq layihə üzrə yeni yolda 160-a yaxın müxtəlif diametrli suötürücü borunun və 15 alt keçidin tikintisi işləri yekunlaşıb. Mövcud 2 hərəkət zolaqlı avtomobil yoluna paralel tikilən yeni 2 hərəkət zolaqlı yolda 5 ədəd yol qovşağı və Girdiman çayı üzərində körpünün də tikilməsi nəzərdə tutulub. Bu çərçivədə isə işlər davam etdirilir. Yol qovşaqlarında işlər bitib, hazırda yanaşma yollarında işlər yerinə yetirilir.
Artıq ümumilikdə işlərin icrası 89% təşkil edir.