Giorgi Kvirikaşvili: “Cənubi Qafqaz” logistik dəhlizi ilə daşınacaq yüklərin həcmini artırmaq mümkündür

Giorgi Kvirikaşvili: “Cənubi Qafqaz” logistik dəhlizi ilə daşınacaq yüklərin həcmini artırmaq mümkündür Gürcüstan bu məsələdə Azərbaycan ilə birgə hərəkət edəcək
İnfrastruktur
1 Sentyabr , 2016 09:39
Giorgi Kvirikaşvili: “Cənubi Qafqaz” logistik dəhlizi ilə daşınacaq yüklərin həcmini artırmaq mümkündür

Tbilisi. 1 sentyabr. REPORT.AZ/ “Cənubi Qafqaz” logistik dəhlizi ilə daşınacaq yüklərin həcmini artırmaq mümkündür. Bunun üçün mövcud infrastruktur yenilənməli, yeniləri inşa olunmalıdır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Bakıya səfərinin nəticələri ilə bağlı jurnalistlərə müsahibəsində deyib.

G.Kvirikaşvili deyib ki, logistik dəhliz ilə daşınan yüklərin həcminin artırılması iqtisadi baxımdan çox əhəmiyyətlidir: “Bakıda keçirdiyim görüşlərdə, həmçinin logistika dəhlizinin inkişafı üçün vahid tarif sisteminin inkişafı, təhlükəsizlik və s. məsələlər barədə də ətraflı müzakirələr apardıq. Bu məsələdə də vahid mövqeyimiz oldu. Görüşlərdə qeyd olundu ki, bu dəhliz ilə daşınmaların həcminin artırılması bizim üçün çox əhəmiyyətlidir və biz bu istiqamətdə səylərimizi artırmalıyıq”.

Baş nazirin sözlərinə görə, Gürcüstan bu məsələdə də Azərbaycan ilə birgə hərəkət edəcək. Eyni zamanda, Gürcüstan Çin hökuməti və Hindistanla da danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi