​Gəncə və Şəkinin elektron xəritələri yaxın bir ilə hazır olacaq

​Gəncə və Şəkinin elektron xəritələri yaxın bir ilə hazır olacaq Bütün ölkəni əhatə edən kadastr bazasının yaradılması isə 2018-ci ildə yekunlaşacaq
İnfrastruktur
14 Avqust , 2015 12:28
​Gəncə və Şəkinin elektron xəritələri yaxın bir ilə hazır olacaq

Bakı. 14 avqust. REPORT.AZ/ Gəncə və Şəki şəhərlərinin elektron xəritələrinin hazırlanması prosesi 2016-cı ilin birinci yarısında yekunlaşacaq. Bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

"Report"un məlumatına görə, Komitə rəsmisi hazırda ölkənin 53 şəhər və rayonunun sadə kadastrının hazırlandığını deyib.

"Bütün ölkəni əhatə edən mükəmməl kadastr bazasının yaradılmasını 2018-ci ildə yekunlaşdırmağı düşünürük", - deyə R.Cəlilov qeyd edib.

Son xəbərlər

Orphus sistemi