Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun yenidən qurulması planlaşdırılır

Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun yenidən qurulması planlaşdırılır "Azəryolservis" bu layihənin icrasına yaxın vaxtlarda başlamaq niyyətindədir
İnfrastruktur
22 Fevral , 2016 10:21
Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun yenidən qurulması planlaşdırılır

Bakı. 22 fevral. REPORT.AZ/ Yaxın vaxtlarda Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulmasına başlanılması planlaşdırılır.

"Report"un xəbərinə görə, bunu "Azəryolservis" ASC-nin sədri Saleh Məmmədov "Xalq" qəzetinə müsahibəsində bildirib. 

S.Məmmədov deyib ki, bu layihə tam reallaşdırıldıqdan sonra, şərqdən qərbə və əks istiqamətdə Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olmaqla Bakı-Ələt -Qazax-Gürcüstan sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımalarının inkişafında daha mühüm yer tutacaq.

Xatırladaq ki, ötən il dekabrın 30-da Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsi yenidənqurmadan sonra istifadəyə verilib. Magistralın Kürdəmir-Ucar-Yevlax hissəsinin birinci texniki dərəcəyə uyğun təkmilləşdirilməsi layihəsində isə son tamamlanma işləri aparılır.

Son xəbərlər

Orphus sistemi