Yuxarı

Gəncə Avtomobil Zavodunda da "Lifan" avtomobillərinin yığılması mümkündür

Kamran Nəzərov: Əgər Naxçıvan Avtomobil Zavodundan təklif gələrsə, onlarla əməkdaşlıq etməyə hazırıq

Bakı. 23 fevral. REPORT.AZ/ Gəncə Avtomobil Zavodunda (GAZ) da Çin istehsalı olan "Lifan" avtomobillərinin yığılması prosesinin təşkili mümkündür. Bunu "Report"a açıqlamasında Gəncə zavodunun direktoru Kamran Nəzərov deyib.

"Əgər Naxçıvan Avtomobil Zavodundan təklif gələrsə, biz onlarla əməkdaşlıq etməyə hazırıq", - deyə GAZ-da bu avtomobillərin istehsalı bağlı suala aydınlıq gətirən müəssisə rəhbəri bildirib.

K.Nəzərovun sözlərinə görə, hazırda Gəncə Avtomobil Zavodunda 36 növ avtomobil və traktor istehsal edilir: "İstehdal edilən traktorların ehtiyat hissələrinin 11%-i, avtomobillərin isə ehtiyat hissələrinin 40-50%-i yerli istehsalın payına düşür. Bu prosesi tam lokallaşdırmaq istəyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi