Yuxarı
    Bağlamaq

    ​Gələn həftədən Bakı metrosu yay qrafikinə keçir

    Həzi Aslanov-28 May stansiyaları arasında pik saatlarda interval 2,5 dəqiqə olacaq

    Bakı. 14 iyun.REPORT.AZ/ "Bakı Metropoliteni" iyunun 22-dən yay qrafikinə keçir. Yeni qrafikə əsasən, qatarların hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq.

    "Report" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

    Onun sözlərinə görə, qrafikə əsasən, "Həzi Aslanov"-"28 May" stansiyaları arasında pik saatlarda interval 2,5 dəqiqə, qeyri-pik saatlarda isə 3 dəqiqə olacaq.

    "28 May"-"İçərişəhər", "28 May"-"Dərnəgül" arası isə müvafiq olaraq 5-6 dəqiqə interval tətbiq olunacaq. Qeyri-iş günlərində isə fərqli qrafik tətbiq ediləcək",- deyə, N.Paşayev bildirib.

    Qeyd edək ki, qış qrafikində qatarların hərəkət cədvəli 30 cüt/saatdır. Pik saatlarda interval isə 2 dəqiqədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi