Rusiyalı nazir: "Gələn ay "Şimal-Cənub" dəhlizinin mühüm hissəsi istismara veriləcək

Rusiyalı nazir: "Gələn ay "Şimal-Cənub" dəhlizinin mühüm hissəsi istismara veriləcək Azərbaycanın Rusiya ilə sərhədində Samur çayı üzərindəki körpünün tikintisi dekabr ayında başa çatacaq.
İnfrastruktur
22 Noyabr , 2019 12:51
Rusiyalı nazir: Gələn ay Şimal-Cənub dəhlizinin mühüm hissəsi istismara veriləcək

"Azərbaycanın Rusiya ilə sərhədində Samur çayı üzərindəki körpünün tikintisi dekabr ayında başa çatacaq".

“Report” xəbər verir ki, bu barədə “Moskva – Baku” jurnalına müsahibəsində Rusiyanın iqtisadi inkişaf naziri Maxim Oreşkin bildirib.

O, sərhədin hər iki tərəfində quruculuq işlərini görmək üçün sərhədboyu infrastrukturun təkmilləşdirilməsinə dair Rusiya – Azərbaycan birgə işçi qrupunun yaradıldığını deyib: “Yaraq-Qazmalar sərhəd məntəqəsi yaxınlığında Samur çayı üzərindəki avtomobil körpüsü də bu məsələnin həllində kömək edəcək. Buradakı işlər 2017-ci ilin dekabrında başlayıb, indi isə son mərhələsindədir. Yan yolları ilə birgə körpünün istismara verilməsi dekabr ayının ortalarına nəzərdə tutulub. Qeyd edim ki, Rusiyada "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına böyük əhəmiyyət verirlər. Samur çayı üzərindəki körpü də bu dəhlizin mühüm hissəsidir”.

Ekspert rəylərinə görə, Azərbaycan ərazisindən yerüstü yük tranzitinin orta perspektivdə belə 7 milyon tona, sonradan isə 13 milyon tona çatacağını qeyd edən rusiyalı nazir diqqətə çatdırıb ki, bu tranzitin əsas hissəsini Rusiyadan İrana və Hindistana, yaxud geriyə daşınan yüklər təşkil edəcək.

Samur çayı üzərində hələ 1957-ci ildə inşa edilən körpünü əvəzləyəcək yeni körpünün tikintisi Azərbaycan ilə Rusiya hökumətləri arasında 2013-cü ilin avqust ayında imzalanmış müqavilə çərçivəsində aparılır. Körpünün yan yollarını tərəflər özləri tikirlər. 325,3 metr uzunluqda, 17,3 metr enində olan körpünün tikintisi 36,5 milyon manata başa gəlir.

Son xəbərlər

Orphus sistemi