Gədəbəydə körpü tikintisinə 2,7 milyon manat ayrıldı

Gədəbəydə körpü tikintisinə 2,7 milyon manat ayrıldı Prezident İlham Əliyev fevralın 18-də “Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
İnfrastruktur
18 Fevral , 2020 17:28
Gədəbəydə körpü tikintisinə 2,7 milyon manat ayrıldı

Prezident İlham Əliyev fevralın 18-də “Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi