Gədəbəydə avtomobil yolunun tikintisinə başlanılıb

Gədəbəydə avtomobil yolunun tikintisinə başlanılıb Yolun uzunluğu 9,6 km-dir
İnfrastruktur
1 İyul , 2016 12:40
Gədəbəydə avtomobil yolunun tikintisinə başlanılıb

Bakı. 1 iyul. REPORT.AZ/ “Azəravtoyol” ASC Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisinə başlayıb. “Report” “Azəravtoyol”a istinadən xəbər verir ki, avtomobil yolunun uzunluğu 9,6 km-dir. Yol torpaq və çınqıl örtüklüdür.

Layihəyə əsasən, yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilir və 2 zolaqlı olacaq. Yol yatağının eni 10 metr olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə bərkidici zolaq da daxil çiyinlərin eni 2 metr təşkil edəcək.

Hazırda torpaq işləri həyata keçirilir, yol yatağı və yol əsasının tikintisi aparılır. Layihə çərçivəsində suların ötürülməsi üçün su borularının və su keçidlərinin tikintisi işləri də aparılacaq. Torpaq işləri yekunlaşdıqdan sonra yola asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Ümumilikdə yolun 60 min kv.m sahəsinin 2 qat olmaqla asfaltlanması planlaşdırılır.

Novosaratovka-Çobankənd-Novoivanovka 9,6 km-lik avtomobil yolunun tikintisi tərtib olunan qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaq.

Son xəbərlər

Orphus sistemi