Yuxarı

Bu gün Bakının mərkəzində bir neçə yol bağlanacaq

Sürücülərin gecə saatlarında alternativ yollardan istifadə etmələri tövsiyə olunur

Bakı. 20 may. REPORT.AZ/ Bu gecə Neftçilər prospektində qismən, Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən məlumat verilib.

Məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək. Tərtib olunmuş qrafikə əsasən, Neftçilər prospektinin R.Behbudov küçəsinin kəsişməsindən R.Zorge küçəsinin kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da, Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə analoji işlərə gecə 00:00-da başlanılacaq.

“Azəryolservis” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi