​Füzulidə yol tikintisinə 1,8 milyon manat ayrılıb

​Füzulidə yol tikintisinə 1,8 milyon manat ayrılıb Prezident Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb
İnfrastruktur
23 İyul , 2016 18:54
​Füzulidə yol tikintisinə 1,8 milyon manat ayrılıb

Bakı. 23 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməsi tapşırığı verilib.

Son xəbərlər

Orphus sistemi