Yuxarı
    Bağlamaq

    Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb

    Həmin istiqamətdən gələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib© Azeravtoyol.gov.az

    Bakı. 25 may. REPORT.AZ/ Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairənin ləğv edilməsi işlərinə başlanılıb.

    “Report”a “Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu səbəbdən Füzuli küçəsindən dairəyə doğru çıxış hissəsi müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən gələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.

    Dairənin ləğv edilməsi istiqamətində aparılan işlər bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində qismən məhdudlaşdırmalar tətbiq ediləcək. İşlər tam yekunlaşdıqda isə avtonəqliyyat vasitələrinin hərəkəti dairədən sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, ordan da yeni yaradılmış geridönmə hissəsi ilə Mirzəağa Əliyev küçəsinə yönəldiləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi