Yuxarı
    Bağlamaq

    "Formula 1"də keçiriləcək konsertlər üçün 3 marşrut xətti üzrə avtobuslar 20 saat işləyəcək

    Həmin avtobuslar 5, 53 və 65 nömrəli marşrut xətti üzrə hərəkət edəcəklər© Bna.az

    Bakı. 19 iyun. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) iyunun 23-25-də Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəəliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.

    BNA-dan "Report"a daxil olan məlumata görə, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə əsasən, yarış günlərində keçiriləcək mədəni-kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb. 

    "23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar saat 06:00-dan saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək. BNA-nın müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb", - deyə məlumatda qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi