​"Fitch" Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini açıqlayıb

​"Fitch" Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini açıqlayıb Xəttin istismara verilməsi ilə regionda yük daşımaları artacaq və iki şirkətin biznesi möhkəmlənəcək
İnfrastruktur
31 İyul , 2015 12:46
​Fitch Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini açıqlayıb

Bakı. 31 iyul. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi ilə "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC-nin önəminin artacağını bildirib. "Report"un verdiyi xəbərə görə, Agentlik qeyd edib ki, xəttin istismara verilməsi ilə regionda yük daşımaları artacaq və hər iki şirkət öz biznes profillərini möhkəmləndirəcək.

Dünən, iyulun 30-da dərc olunan məruzədə "Fitch" agentliyi Rusiya xaric keçmiş SSRİ respublikalarında iqtisadi zəifləmənin və valyuta məzənnələrindəki sərt dalğalanmanın bu ölkələrin dəmir yolları şirkətlərinə ciddi təsir edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi