"Etihad Airways" ödəniş sistemində yenilik edib

"Etihad Airways" ödəniş sistemində yenilik edib Sərnişinlər bu aviaşirkətdən aldıqları biletlərinin dəyərini hissə-hissə ödəyə biləcəklər
İnfrastruktur
21 Sentyabr , 2017 18:58
Etihad Airways ödəniş sistemində yenilik edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" aviaşirkəti satdığı biletlərin dəyərinin ödənilməsinə yenilik edib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yenilik ödənişin hissə-hissə, internet üzərindən həyata keçirilməsini nəzərdə tutur. 

Ödəniş müddəti 3 aydan 60 aya qədər təklif edilir. Şirkətdə hesab edirlər ki, bu təşəbbüs orta və aşağı gəlirli sərnişinlərin işinə yarayacaq. 

Son xəbərlər

Orphus sistemi