Yuxarı
    Bağlamaq

    ​“Etihad Airways” həftədə 1088 nəfəri Bakıya gətirəcək

    “Etihad Airways” milli aviaşirkəti həftədə 4 dəfə Bakıya aviareys həyata keçirəcək

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Oktyabrın 1-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinin “” milli aviaşirkəti həftədə 4 dəfə Bakıya aviareys həyata keçirəcək. “Report”un məlumatına görə bu barədə www.travelandtourworld.com saytı məlumat yayıb.

    Sözügedən marşrut üzrə “Airbus A320” təyyarələri ilə reallaşdırılacaq və təyyarədə 16 biznes-sinif, 120 ekonom-sinif oturacağın olacağı deyilir. Ümumilikdə isə hər həftə daşınacaq oturacaqların sayı 1 088 təşkil edəcək.

    “Etihad Airways”ın prezidenti və icraçı direktoru Ceyms Hoqan layihənin reallaşdırılmasının uğurlu başlanğıc olduğunu qeyd edib:

    “Heydər Əliyev Beynəlxalq Aeroportuna “Etihad Airways” aviaşirkətinin uçuşlara start verməsi sürətlə inkişaf edən Qafqaz regionunda əlaqələrin qurulması üzrə strategiyamızın əsas hissəsidir”.

    C.Hoqanın fikrincə yeni uçuşlar Azərbaycan və BƏƏ arasında biznes və turizm əlaqələrində artan tələbata tam cavab verəcək. Bu, həmçinin, bir çox ölkələrdə, əsasən də Şimali Amerikada yaşayan Azərbaycan diasporası ilə Azərbaycan arasında əlaqəni daha da asanlaşdıracaq: “Biznes və istirahət məqsədilə Azərbaycandan səyahət edən sərnişinlər Əbu-Dabi vasitəsilə Fars Körfəzi, Hind regionu, Asiya və Şimali Amerikaya səfər etmək üçün gözəl imkan əldə edəcəklər. Bundan başqa, Əbu-Dabi – Bakı aviareysi Azərbaycan və BƏƏ arasında ticarət və turizm sahələrində onsuz da sıx olan əməkdaşlığı bir qədər də möhkəmləndirəcək”.

    “Etihad Airways”in uçuş cədvəlinə gəlincə isə, aviaşirkət hər həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günü Əbu-Dabidən Bakıya və geriyə hərəkət edəcək. Bakıdan uçuş 18:00-da, Əbu-Dabidən isə 11:10-da nəzərdə tutulur. Uçuş müddəti təxminən 2 saat çəkir.

    İllik sərnişindaşıma imkanları 11 mln. nəfəri keçən “Etihad Airways” 2003-cü ildən etibarən fəaliyyət göstərir. Ötən ilin statistikasına görə şirkətin sərnişin dövriyyəsi 11,5 mln. təşkil edib.

    Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmində də artım var. Belə ki, 2012-ci ilin statistik göstəricilərinə görə bu rəqəm 400 mln. ABŞ dollarından çox olub. Hazırda 12 mindən artıq azərbaycanlının BƏƏ-də yaşadığı deyilir.

    Xatırladaq ki, “Etihad Airways”in facebook hesabında yayılan məlumata görə şirkət Bakı ilə eyni vaxtda Tiflisə də uçuşlar reallaşdıracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi