Estoniya Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulacaq

Estoniya Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulacaq Dekabrın ilk ongünlüyündə Azərbaycan, Estoniya, İran və Rusiya dəmir yolları rəhbərlərinin görüşü keçiriləcək
İnfrastruktur
25 Noyabr , 2016 13:18
Estoniya Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulacaq

Bakı. 25 noyabr. REPORT.AZ/ Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə daha bir ölkə qoşulur. Artıq "Azərbaycan Dəmir Yolları" QSC bu layihəyə maraq göstərən Estoniyanın dəmir yolları şirkəti ilə görüş keçirib. "Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib. 

"Estoniya da Şimal-Cənub marşrutuna maraq göstərir. Estoniyanın Paldiski limanı bu marşruta qoşulur. Belə ki, Estoniyanın Skandinaviya və Şimali Avropa ölkələrindən olan yükləri öz limanında cəmləşdirərək onları daha sonra Rusiya və Azərbaycan üzərindən İrana və Fars körfəzinə daşıması nəzərdə tutulur", - deyə İ.Hüseynov qeyd edib. 

Dekabrın ilk dekadasında Azərbaycan, Estoniya, İran və Rusiya dəmir yolları rəhbərlərinin görüşünün keçiriləcəyi barədə məlumat verən İ.Hüseynov əlavə edib ki, aparılan danışıqlar çərçivəsində tərəflərin birgə əməkdaşlığına dair sənəd imzalanması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi