"Ernst & Young" Xəzər Dəniz Gəmiçiliyinin auditini keçirəcək

"Ernst & Young" Xəzər Dəniz Gəmiçiliyinin auditini keçirəcək Bununla bağlı tərəflər arasında müqavilə imzalanıb
İnfrastruktur
22 Dekabr , 2015 10:40
Ernst & Young Xəzər Dəniz Gəmiçiliyinin auditini keçirəcək

Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (AXDG) ilə “Ernst & Young” beynəlxalq audit şirkəti arasında 2014-2015-ci illər üçün AXDG-nin "Davamlı inkişafı haqqında" hesabatının auditinin keçirilməsinə dair müqavilə imzalanıb. AXDG-dən "Report"a verilən məlumata görə, hazırda mütəxəssislər tərəfindən işlənən hesabatın 2016-cı ilin birinci yarısında “Ernst & Young” şirkətinə təqdim edilərək, müstəqil auditor rəyinin alınması nəzərdə tutulub.

Qeyd edək ki, "Davamlı inkişaf haqqında" hesabat AXDG-nin Sosial Korporativ Məsuliyyəti üzrə fəaliyyətinin iqtisadi, sosial və ekoloji təsirlərinin şəffaf şəkildə açıqlanmasını təmin edir. Sənəddə 2014-2015-ci illərdə keyfiyyət, sağlamlıq, ətraf mühitin qorunması, əməyin mühafizəsi, kadrların idarə edilməsi və digər sosial sahələrdə yerinə yetirilmiş işlər və əldə olunmuş nailiyyətlər əksini tapacaq.

Gəmiçiliyin hesabatı Beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün GRI Sisteminin logistika və nəqliyyat xidmətlərinə dair mövcud tələblərinə uyğun hazırlanır. Bu hesabat dərc edildikdən sonra AXDG Xəzər hövzəsində Sosial Korporativ Məsuliyyəti üzrə fəaliyyətinə dair analoji hesabatını açıqlayan ilk gəmiçilik şirkəti olacaq.

Son xəbərlər

Orphus sistemi