Bərdədə 17 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır - VİDEO

Bərdədə 17 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır - VİDEO Uzunluğu 25 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunub
İnfrastruktur
18 İyul , 2017 12:07
Bərdədə 17 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 18 iyul. REPORT.AZ/ Bərdə rayonunda 12 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yenidaşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.

“Report”un “Azəravtoyol”a istinadən verdiyi xəbərə görə, uzunluğu 25 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunub.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və və əsasının genişləndirilməsi işləri aparılıb. Genişləndirmə işləri çərçivəsində qazma-dolma işləri görülüb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Genişləndirmə izləri zamanı yolun ümumi eni 10 metrə çatdırılıb. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Daha sonra optimal-qırmadaş və qum-çınqıl qarışıından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə, yola ikiqat olmaqla 10 sm qalınlığında 150 min kv. m yeni asfalt-beton örtüyü döşənib. 

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün iki yerdə 1 000 mm diametrində ümumi uzunluğu 12 m olan dəmir-beton borular və ümumi uzunluqları 360 m olan 30 ədəd dəmir suötürücü borular quraşdırılıb. Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə 132 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəklişi işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi