Enerji problemi "Türk Hava Yolları"na təsir etməyib

Enerji problemi "Türk Hava Yolları"na təsir etməyib Aviaşirkətin uçuşları vaxtında yerinə yetirilib
İnfrastruktur
31 Mart , 2015 16:03
Enerji problemi Türk Hava Yollarına təsir etməyib

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyənin bir sıra iri şəhərlərində, o cümlədən Ankara, İstanbul, İzmir, Adana, Dənizli, Antalya, Bitlis, Çanaqqala, Bursada elektrik enerjisi təminatında ciddi problem yaranıb. Lakin bu, "Türk Hava Yolları" aviaşirkətinin Bakıya və digər istiqamətlərdə uçuşları həyata keçirməsinə mane olmayıb. Bunu "Report"a "Türk Hava Yolları"nın Bakıdakı ofisindən məlumat verilib.

Məlumata görə, uçuşlar qrafik üzrə yerinə yetirilir, aviareyslərdə heç bir ləngimə və ya təxirəsalma yoxdur.

Qeyd edək ki, bu gün Türkiyə ərazisində elektrik enerjisinin kəsilməsi iri şəhərlərin metro xətlərində, internetin verilməsində, həmçinin digər sahələrdə ciddi problemlər yaradıb.

"Anadolu" agentliyinin məlumatına görə, aprelin 2-də İstanbula yenidən elektrik enerjisinin verilməsində fasilələr olacaq. Bu barədə İstanbulun Elektrik Paylama Şəbəkəsi bildirib. 

Maraqlıdır ki, elektrik enerjisi təchizatında yaranan fasilənin səbəbi hələ dəqiq məlum deyil.

Son xəbərlər

Orphus sistemi