Yuxarı

Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətləri artırılıb

Komitə səhmdar cəmiyyətlərin və birgə müəssisələrin idarəetmə orqanlarında dövlətin nümayəndəsini təyin edə biləcək

Bakı. 13 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətləri artırılıb. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında fərman imzalaması ilə mümkün olub.  

Belə ki, Komitə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərinin və birgə müəssisələrin idarəetmə orqanlarında dövlətin nümayəndəsini təyin etmək hüququna sahib olub. 

Bundan əlavə, dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan təyinatı üzrə səmərəli istifadə olunmasına, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə nəzarət Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi məqsədi ilə dövlət orqanları, sahə mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, bütün dövlət müəssisələri təsdiq olunmuş forma üzrə hər ilin əvvəlinə xüsusi hesabatlarını 1 aprel tarixindən gec olmayaraq, Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidirlər.

Eyni zamanda, dövlət əmlakının idarə edilməsinə və ondan səmərəli istifadə olunmasına nəzarət etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi, tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə monitorinq və araşdırmalar aparır, onların nəticəsi barədə Prezidenti və Nazirlər Kabinetinə, həmçinin müvafiq dövlət orqanlarına məlumat verir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi